Reliability. Privacy. Mobility.

Peşəkar, təcrübəli və səriştəli dar ixtisaslı mütəxəssislərimizin simasında yardımçılara sahibsinizsə, müasir və dinamik kadr kargüzarlığına minimum vaxt sərf edəcəksiniz.

Qanunvericilik çox sürətlə dəyişdiyindən, müxtəlif miqyasa sahib çox sayda sahibkar hüquqi xidmətlər, o cümlədən müqavilə sənədləşməsinin yoxlanılması üçün müstəsna olaraq bizim mütəxəssislərə müraciət etməyə üstünlük verir.

Əgər sizin üçün yaradıcı proses daha vacibdirsə və ya biznesinizin genişləndirilməsi ilə bağlı iş yükünüzdə ağırlıq müşahidə edilirsə - biz sizə mühasibatlığın aparılması üzrə peşəkar xidmətlərimizi təklif edirik.

Mütəxəssislərimizin təklif etdiyi ixtisaslaşdırılmış autsorsinq və autstaffinq – şirkətiniz üçün yeni səviyyəli bir fəaliyyətdir! Biz istənilən formaya malik müəssisələrin sahiblərinə təcrübəli personal axtarışları ilə bağlı problemlərini birdəfəlik və həmişəlik unutmağa və fikirlərini əsas biznes-məsələlərinə yönəltməyə yardım edirik.

1C” şirkəti ilə sıx və rəsmi əməkdaşlığımız sayəsində siz təkcə müəssisənizin maliyyə dövriyyəsinin avtomatlaşdırılmış şəkildə aparılmasına nail olmayacaqsınız, həm də fərdi olaraq fəaliyyət növünüzlə bağlı bütün proqram təminatının konfiqurasiyaları və dəyişiklikləri ilk olaraq öyrənə biləcəksiniz.

Oracle

"Caspian Accounting & Consulting Services"

Şirkət haqqında:

Şirkətimiz hüquqşünaslar, auditorlar və mühasiblər kimi müxtəlif profilli mütəxəssislərimizin böyük praktiki təcrübəsi sayəsində planetin istənilən yerində müştərilərimizin biznesin aparılması ilə əlaqədar suallarına kompleks yanaşma tətbiq edir. İmtiyazlı müştərilərimizlə əməkdaşlığımız Bakıda 2002-ci ilin payızında başlamışdır. Bu gün Caspian Accounting & Consulting Service şirkəti Moskvada ofisə malikdir. 2014-cü ildən isə ofisimiz Çexiya Respublikası ərazisində səmərəli fəaliyyət göstərir.

    Bizim müştərilərimiz – həm xidmət, həm də məhsul istehlakçılarının hər birinə tanış olan adlardır. Bu isə o deməkdir ki, bizə böyük və kiçik biznesin peşəkarları etibar edirlər. Biz onlara hüquqi və maliyyə problemlərinin həllində yardım edir, onların mühasibatlığını aparır və ya kadr sistemlərini təkmilləşdiririk.

      Bütün bunlara əməyimizin çevik dəyərini, hər bir müəssisəyə və şirkət sahibinə fərdi yanaşmanı da əlavə etsəniz, öz işinin peşəkarlarına etimad göstərməklə keyfiyyətli konsaltinq xidmətləri əldə edəcəksiniz! Yəni, bizimlə birlikdə sabahkı günə tam arxayınlığa və bütün sənədlərin mükəmməl hüquqi savadlılığına nail olacaqsınız!

      Бухгалтерское сопровождение вашего предприятия

      Презентация результатов
      работы